Xəbər lenti

İranda yüksəkvəzifəli məmur koronavirusa yoluxdu
Dünya 23:44 22.02.2020

İranda yüksəkvəzifəli məmur koronavirusa yoluxdu

Xəbər verdiyimiz kimi, 22 fevrala olan məlumata əsasən, İranda 28 nəfərin koronavirusa yoluxduğu rəsmən təsdiqlənib. Onlardan 5-i dünyasını dəyişib.

Qaynarinfo İran dövlət televiziyasına istinadən xəbər verir ki, ölümcül virusa yoluxanlar arasında paytaxt Tehranın 13-cü şəhər dairəsinin başçısı Mürtəza Rəhmanzadə də var.

Rəhmanzadə 21 fevralda koronavirus əlamətləri ilə xəstəxanaya çatdırılıb. Aparılan testlər nəticəsində məmurun koronavirusa yoluxduğu təsdiqlənib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->