Dünya 12:29 11.06.2019

İrandan "New York Times" jurnalistinə qadağa

İran "New York Times" qəzetinin Tehran müxbiri Tomas Erdbrinkin fəaliyyətinə qadağa qoyub.

Qaynarinfo xəbər verir ki, İranda 2012-ci ildən bəri fəaliyyət göstərən Hollandiya vətəndaşı Erdbrink akreditasiyası ləğv edildiyi üçün fevral ayından etibarən fəaliyyətinə davam edə bilməyib. 

Qeyd edək ki, rəsmi Tehran 2015-ci ildə "Washington Post"un Tehran müxbiri Ceyson Rızaiyanı casusluq ittihamı ilə həbs etmiş, 2016-cı ildə ABŞ-la əldə edilən razılığa görə azad etmişdi.

Gülşən