Xəbər lenti

İranlı diplomatdan Afrin etirafı:
Dünya 16:38 01.02.2018

İranlı diplomatdan Afrin etirafı: "İran Suriya məsələsində uduzdu"

İran Xarici İşlər Nazirliyində çalışan Sadiq Mələki İranın Suriyada uduzduğunu, Türkiyənin isə qazanan tərəf olduğunu bildirib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Afrində PYD/YPG terror təşkilatlarına qarşı Türkiyənin başlatdığı "Zeytun budağı" hərəkatının 12-ci günündə aparılan əməliyyatlarla bağlı müzakirələr hələ də davam edir.

Əsəd rejimi ilə bir cəbhədə Türkiyəyə qarşı mövqe tutan İranın bunu hansı səbəbdən etdiyi ortaya çıxmağa başlayıb.

İranınlı diplomat Sadiq Mələki Suriyada uduzan tərəf olduqlarını, Türkiyənin isə qazandığını etiraf edib.

"Afrindəki əməliyyatlarda ən böyük məğlubiyyətə düçar olan tərəf İrandır. Ankara Afrin hərəkatını Vaşinqton və Moskva ilə razılaşdırılmış şəkildə gerçəkləşdirdi. Ancaq İran bu məsələdə yer ala bilmədi. Beləliklə Suriyada baş verən çəkişmələrdə uduzan tərəf İran oldu", - deyə o, bildirib.

Mələki həmçinin əlavə edib ki, Türkiyə Suriyanın gələcəyində söz sahibi ola biləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->