Xəbər lenti

İraq höküməti Kərkük, Mahmur və Sincarda hakimiyyətini bərqərar etdi
Dünya 13:14 17.10.2017

İraq höküməti Kərkük, Mahmur və Sincarda hakimiyyətini bərqərar etdi

İraq höküməti İraq Kürd Bölgə İdarəsinin əlində olan Kərkük bölgəsində hakimiyyətini bərqərar edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İraq Ortaq Əməliyyatlar Komandirliyinin yazılı açıqlamasına əsasən, "Kərkükün təhlükəsizliyinin təmin edilməsi" əməliyyatı uğurla tamamlanıb və şəhər mərkəzində idarəçilik təmin edilib.

Açıqlamada kürd birliklərindən alınan yerlər bunlardır: Şimali İraq Şirkəti, Baba Qurqur neft yataqları, K1 hərbi bazası, elektrik stansiyası, Molla Abdulla rafinad zavodu, Kərkük havalimanı, Təzə Xurmatu qərargahı, Leylan, Dakuk, Yayçı, Tirkalan qəsəbələri və Tuz Xurmatu bölgəsi, Tikrit körpüsü və Kərkükün mərkəzi.

Son məlumata əsasən, İraq ordusu Mosulun Sincar və Mahmur bölgələrində də nəzarəti təmin edib. 

Kürd bölgəsinin keçirdiyi qeyri-qanuni müstəqillik referendumundan sonra İraq höküməti bu addım barədə qərar verib.

Bölgədəki vəziyyətlə bağlı açıqlama verən BMT Baş Katibinin sözçüsü Stefan Dujarriç tərəfləri problemin münaqişəsiz, qarşıdurmasız və İraq konstitusiyasına uyğun həllinə səsləyib.

ABŞ prezidenti Donald Tramp isə qarşıdurmalardan narazı olduğunu və tərəf tutmadıqlarını, kürdlərlə yaxşı əlaqələrinin olduğunu, lakin İraqın yanında olduqlarını dilə gətirib.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->