Məsələnin reallaşması üçün ölkə konstitusiyasında bəzi düzəlişlərin edilməsi mütləqdir2015-ci ilin birinci yarısında İrlandiyada geylərin izdivaclarına icazə verəcək referendum keçiriləcək. Hökümət kişi cinsli evliliklərin qanuniləşdirilməsi üçün bütün səylərini səfərbər edəcəyini bəyan edib.
ANS PRESS-in məlumatına görə, sözügedən məsələnin reallaşması üçün İrlandiya konstitusiyasında bəzi düzəlişlərin edilməsi mütləqdir. İrlandların 75%-i geylərin bir-biri ilə ailə qurması tərəfdarıdır.
Xatırladaq ki, İrlandiya höküməti 2011-ci ildən bəri həmcinslərin vətəndaş evliliklərinə etiraz etmir. Ancaq ənənəvi olmayan evliliklərə hələ də rəsmi icazə yoxdur.
Qaynar.info
Şərhlər