Xəbər lenti

Azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır (RƏSMİ)
Ekonomiks 10:04 22.10.2020

Azad olunmuş ərazilərdə yeraltı sərvətlərlə bağlı araşdırmalara başlanılır (RƏSMİ)

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanıb, ehtiyatları hesablanaraq, dövlət və sahə balanslarına qəbul edilmişdi.

Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3  üzlük daşı,  1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün  yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.

"Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq, da, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub”. 

Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda, Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->