Dünya 16:42 25.12.2017

İŞİD-dən xilas edilən şəhərdə ilk Milad ayini

İŞİD-dən iyul ayında xilas edilən İraqın tarixi Mosul şəhərində ilk Milad ayini təşkil edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Müqəddəs Paul kilsəsində təşkil edilən ayinin iştirakçıları İraqda sülh və sabitliyin təmini üçün dua ediblər. Kilsə və ətrafında ciddi təhlükəsizlik tədbirləri təşkil edilib. 

2014-cü ildən bəri İŞİD-in işğalında olan Mosulda əvvəllər 35 min xristian yaşayırdı. Terror təşkilatı şəhəri ələ keçirəndən sonra xristianların da sayı azalmışdı. Terrorçular bu dinin nümayəndəsini İslam dinini qəbul etməyə məcbur edir, onları ölümlə hədələyirdi. Şəhərdə bir çox abidə ilə birlikdə xristianların dini məkanları da İŞİD terrorçuları tərəfindən dağıdılıb. 

Gülşən