Dünya 10:30 17.07.2019

İŞİD-ə pul köçürən azərbaycanlı həbs edildi

Mahaçqalada yaşayan azərbaycanlı Erik Şabanov İŞİD terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilinir. 

Qaynarinfo xəbər verir ki, Rusiyanın Şimali Qafqaz dairə məhkəməsi Şabanovu terrorçuluğa yardım ittihamı üzrə altı il müddətinə azadlıqdan məhrum edib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

İstintaqın yaydığı xəbərə görə, Erik Şabanov 2016-cı ildə İŞİD üzvlərinə 30 min rubl (811 manat) köçürüb.