Əlcəzairdə 150 qadının iştirakı ilə kampaniya təşkil edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, qapalı burkinidən istifadəni məqbul bilən ölkə əhalisinə etiraz edən qadınlar bikini geyinərək dənizə giriblər.
Paytaxt Əlcəzair və Annabada təşkil edilən kampaniyada iştirak edən qadınlardan biri "Bura Annabadakı ictimai çimərliklərdən biridir və hər şey çox yaxşıdır. Bəzi kişilər bizə baxdı, buna öyrəşməyiblər, lakin sayımız çox olduğu üçün bizə fikir vermədilər" deyib.
Qeyd edək ki, ölkədə bikini geyinmək qanunla qadağan edilməyib, lakin ictimai qınaq açıq çimərlik geyimindən istifadə etmək istəyənlərə mane olur.
Gülşən
Qaynarinfo.Az
Şərhlər