Ölkə 23:41 25.01.2014

İsmayıl Ömərov: "Mənim leksikonumda söyüş yoxdur"

"Sözümü hər kəs öz tərbiyəsinə uyğun yozmasın"

"Mənim leksikonumda söyüş yoxdur. Ona görə də mənim sözümü hərə öz tərbiyəsi çərçivəsində yozmasın".

Bu sözləri İTV-nin keçmiş baş direktoru İsmayıl Ömərov İTV-də Hesablama Palatasının yoxlaması zamanı 100 min manat təyinatsız maliyyə vəsaiti xəbərinə verdiyi "yalançının..." reaksiyasına aydınlıq gətirərəkən "Axar.az"a dedi.

Tanınmış jurnalistin sözlərinə görə, onun fikirlərinin yanlış anlaşılması hər kəsin öz əxlaq məsələsidir: 

"Müxbir məndən soruşub ki, "Qafqaz.info"da Hesablama Palatasının sizin ünvanınıza olan 100 min manat ittihamından xəbəriniz varmı?  Mən də söylədim ki, nə yaxşı getdikcə azaldırsınız?  Əvvəl 15, sonra 12 milyon, indi də 100 min manat yazırsınız. Yəqin bir azdan 100 manata düşəcək. Burda deyirlər yalançının... Bəli, bunun ardınca o gəlir ki, yalançının yaddaşı olmaz. Bunu başqa cür yozmaq ayıbdır".

Qaynar.info