Video 00:10 06.12.2020

"İsmayıllı canavarı" ləqəbli şəhidin evindən reportaj (VİDEO)

Vətən Müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərimizdən biri də "İsmayıllı canavarı" ləqəbli Baş Kəşfiyyatçı Etibar Şirinovdur.

O, müharibədən öncə könüllü şəkildə orduya yazılıb. Horadiz qəsəbəsində təlim keçdikdən sonra ilk döyüşünə də orada başlayıb. Şəhid Etibar Şirinov Cəbrayıl şəhərinin və onun bəzi kəndlərinin, həmçinin Hadrutun işğaldan azad edilməsində iştirak edib. 

Sonuncu dəfə Zəngilan şəhərinin Ziyarətgah dağının azad olunmasın uğrunda döyüşərkən ayağından yaralanıb. Buna baxmayaraq yarasını sarıyaraq döyüşməyə davam edib. O, Zəngilan şəhərinin düşməndən azad olunması zamanı qəhrəmancasına şəhid olub. 

Şəhidimizin ailəsindən hazırladığımız videoreportajı təqdim edirik.//unikal.org