Video 17:54 25.09.2021

İsmayıllıda baş verən dəhşətli qəzanın görüntüləri (VİDEO)

Sentyabrın 24-də İsmayıllı rayonunun İvanovka kəndində baş vermiş ağır qəzanın görüntüləri yayılıb.

Belə ki, yüksək sürətlə hərəkət edən "Opel” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İbrahimov Ramil Mütəllim oğlu hadisə yerində ölüb.

Onun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.