İspaniya növbədənkənar seçkilərə gedir

İspaniya növbədənkənar seçkilərə gedir

İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Kral VI Felipe hökuməti qurmaq vəzifəsini heç bir partiyaya həvalə etməyib. Ötən aylarda Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi hökumət parlamentdə etibar səsverməsində məğlubiyyətə uğramış və seçkilər qaçılmaz olmuşdu.

Pedro Sançez son aylarda yeni hökumətin qurulması barədə parlamentin digər əsas üzvləri Vətəndaşlar Partiyası və Xalq Partiya ilə hələ də razılıq əldə etməyib. Əgər 23 sentyabra qədər prosesdə irəliləyiş olmasa, VI Felipe 24 sentyabrda parlamenti buraxacaq və 10 noyabr tarixinə növbədənkənar seçkiləri elan edəcək. 

Qeyd edək ki, növbəti seçkilər baş tutsa, bu, İspaniyada son 4 ildə 4-cü seçki olacaq.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR