Dünya 10:14 10.11.2019

İspaniyada növbədənkənar seçkilər keçirilir

İspaniyada növbədənkənar seçkilər keçirilir.

Qaynarinfo xəbər verir ki, 37 milyon seçici 22 867 seçki mərkəzində 211 200 sandıqda səs verəcək. Səsvermə prosesi yerli vaxtla 09.00-20.00 aralığında baş tutacaq. Seçicilər 350 parlament üzvü və 208 Senatoru seçəcək.

Separatçı mövqeyi ilə bilinən Kataloniyada 12 min polis təhlükəsizliyi təmin edəcək.

Qeyd edək ki, İspaniyada son 4 ildə 4-cü dəfə növbədənkənar seçkilər keçirilir. Sonuncu seçki aprel ayında baş tutmuş, Sosialist İşçi Partiyasının lideri Pedro Sançezə hökuməti qurmaq həvala edilmişdi. Lakin hökumət etibar qazanmadığı üçün sentyabr ayında növbəti seçkilər elan edildi.

Gülşən