Yasamal Rayon Məhkəməsinin sabiq hakimi Aytən Mirzəzadə vəkil kimi fəaliyyət göstərəcək.
Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, A. Mirzəzadə dünən Vəkilli Kollegiyası tərəfindən keçirilən şifahi imtahan mərhələsindən keçərək vəkilliyə qəbul olunub.
Xatırladaq ki, mətbuatda yayılan informasiyalara görə, hakim Aytən Mirzəzadə bir müddət əvvəl Məhkəmə Hüquq Şurasına ərizə verərək səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini istəyib.
Qeyd edək ki, 37 yaşlı A.Mirzəzadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pillələrini bitirib. 2005-ci ildən 2010-cu ilədək Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin mütəxəssisi, aparıcı məsləhətçisi vəzifəsində, daha sonra isə 3 il ərzində Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyib. Son 5 ildə də hakim kimi fəaliyyət göstərib.
Şərhlər