DÇ-2018-in "pley-off" mərhələsi çərçivəsində Avropa zonasında daha bir görüş keçirilib.
"Qaynarinfo" xəbər verir ki, İtaliya doğma meydanda İsveçi qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan İsveç millisi mundiala vəsiqə qazanıb. Dördqat dünya çempionu olan İtaliya yığması isə 60 ildən sonra ilk dəfə mundialdan kənarda qalıb.
13 noyabr
DÇ-2018 pley-off mərhələsi, cavab oyunları
23:45. İtaliya - İsveç - 0:0
İlk oyun: 0:1
Şərhlər