Xəbər lenti

İdman 12:20 22.04.2024

İtaliya futbolunun əfsanəsi mafiya filminə çəkilir

1999-cu ildə FİFA tərəfindən əsrin üçüncü ən yaxşı oyunçusu seçilən əfsanəvi italyan hücumçu Roberto Bacco milyonlarla izləyicisini təəccübləndirib.

Qaynarinfo-nun məlumatına görə, veteran futbolçu filmə çəkiləcəyini açıqlayıb. O, sosial şəbəkələrdə bununla bağlı fotosunu da paylaşıb. 

57 yaşlı keçmiş hücumçu İnstaqramda paylaşdığı fotoya "Narcos 4" tezliklə gəlir" şərhini verməklə, filmdə iştirak edəcəyini ictimaiyyətin diqqətinə çatdırıb. 

2004-cü ildə karyerasını bitirmiş Bacco "Vinçenza", "Fiorentina", "Yuventus", "Milan", "Bolonya", "İnter" və "Breşiya"da çıxış edib. 
 
"Netflix"də yayımlanan "Narcos" serialı əsasən mafialardan bəhs edir.

Səbuhi Həsənov
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->