Dünya 14:53 12.08.2018

İtaliya məcburi hərbi xidmətə keçə bilər

İtaliyanın baş nazir köməkçisi Matteo Salvini ölkədə icrabi hərbi xidmət məsələsini gündəmə gətirib.

Qaynarinfo xəbər verir ki, Liqa Partiyasının rəhbəri olan Salvini Lesina bölgəsinə səfəri zamanı hərbi xidmət və fərdi silahlanma ilə bağlı açıqlamalar verib.
 
O, bir neçə aylıq icbari hərbi xidmətlə bağlı qanunun qüvvəyə minməsi istiqamətində çalışdıqlarını bildirib. Salvini hərbi təlimin qadın və kişilər üçün əhəmiyyətindən danışıb.
 
Radikal sağ mövqeyi ilə tanınan baş nazir köməkçisi həmçinin qeyd edib ki, Avropada ən çox silah İsveçrədə var, lakin burada cinayət faizi çox aşağıdır, çünki cinayətkar evlərə daxil olmaq istəyərkən 2 dəfə düşünür. 

Salvini miqrant məsələsi barədə də açıqlama verib və miqrant işçilərin beynəlxalq şirkətlərin kölə ehtiyacını ödədiyini deyib.

Gülşən