Ölkə 10:19 28.12.2017

İtkin düşən alpinistlərlə bağlı izlər tapılıb (AÇIQLAMA)

Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qafqazinfo-ya "Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib. 

O, bildirib ki, axtarışlar müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə yüksək səviyyədə davam etdirilir: "Müəyyən izlərə rast gəlinib. Gün ərzində məlumatlar dəqiqləşdiriləndən sonra ictimaiyyətə məlumat veriləcək”.