Dünya 15:53 13.01.2021

Japarov: Qırğızıstanda rus dili rəsmi statusunu qoruyacaq

Qırğızıstanın seçilmiş prezidenti Sadır Japarov rus dilinin respublikadakı rəsmi statusunu qoruyacağını bildirib. 

Qaynarinfo xəbər verir ki, o, bundan əlavə, Moskvanın Bişkekin strateji tərəfdaşı olaraq qaldığını və bu istiqamətdə heç nəyi dəyişdirməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Qırğızıstanda rus dilinin rəsmi statusundan məhrum edilməsi təklifi ölkə Konstitusiyasına dəyişikliklərin müzakirəsi zamanı irəli sürülmüşdü. Bu, həm Qırğızıstan daxilində, həm də Rusiyada mənfi reaksiyaya səbəb olmuşdu.
 
Alpər