Dünya 15:12 18.03.2018

Jiletsiz avtomobil idarə edən sürücülər cəzalandırılacaq

Rusiyada yol hərəkəti ilə bağlı qaydalara dəyişiklik edilib.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən sürücülərin üzərində işığı əks etdirən xüsusi jilet olmalıdır. Əks təqdirdə həmin sürücülər ciddi cəzalandırılacaqlar.

Qanun digər ölkələrdən, o cümlədən Azərbaycandan öz avtomobili ilə Rusiyaya gedən sürücülərə də aiddir.