Dünya 10:17 22.05.2020

Jirinovskidən şok təklif: Rusiya Leninin mumiyasını satıb xeyli pul qazansın

LDPR lideri Vladimir Jirinovski Rusiyanın Leninin mumiyasını sata biləcəyini söyləyib. 

Qaynarinfo xəbər verir ki, siyasətçi bu təklifini Tvitterdə təqdim edib.

Parlament üzvü belə bir "sövdələşmə" sayəsində Rusiya büdcəsinin xeyli pul qazanacağına inanır.

"Fransada bir iş adamı "Mona Liza” rəsm əsərini satmaq istəyir. Biz isə Lenin mumiyasını sata bilərik”, - Jirinovski deyib və qeyd edib ki, onun alıcıları da var, məsələn, Çin və ya Vyetnam kommunistləri. Onun sözlərinə görə, rəhbərin cəsədi yaxşı vəziyyətdədir, Sovet dövlətinin yaradıcısı cəmi 96 il əvvəl mumiyalanıb.
Qeyd edək ki, bundan əvvəl isə LDPR lideri Federasiya Şurasının ləğvi ehtimalı ilə bağlı müzakirə açmışdı. Təklifə münasibət bildirən senator Aleksey Puşkov deyib ki, siyasətçi bu cür fikirləri ilə diqqəti cəlb etməyə çalışır və sözlərinin arxasında ciddi heç nə yoxdur.
 
Alpər