Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan "Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir" layihəsinin icrasına başlayır.
JEM-dən verilən məlumata görə Pandemiya dövründə koronavirusa qarşı mübarizəyə dəstək xarakterli layihə çərçivəsində Zoom proqramı vasitəsi ilə verilişlər hazırlanacaq.
Pandemiya dövründə dövlətin gördüyü işlər; cəmiyyətin davranışı; vətəndaş cəmiyyəti institutunun vəzifəsi; qida təhlükəsizliyi; mətbuatın fəaliyyəti; koronavirus təhlükəsinin təhsil sisteminə təsiri; COVİD 19-la mübarizədə tibb işçilərinin missiyası, gənclərdə hərbi vətənpərvərlik ruhunun formalaşması; qlobollaşma dövründə milli-mənəvi dəyərlərin yeri və rolu mövzularında hazırlanacaq verlişlərdə ictimai xadimlər vəziyyəti dəyərləndirəcək, təkliflər verəcək, çıxış yolları göstərəcək, dünyanı cənginə alan infeksiyadan qorunmağa dair maarifləndirici çıxışlar edəcəklər.
Verlişilərin yayımına "Yenicağ.az" saytı dəstək verir. 3 aylıq layihə çərçivəsində hazırlanacaq verlişlər saytın eyni adlı "Facebook" səhifəsində yayımlanacaq.
Məlumatda layihə rəhbəri - JEM sədri Ceyhun Musaoğlunun da açıqlaması əksini tapıb. JEM sədri bildirib ki, layihə müsabiqədə qalib olan zaman dünyada pandemiya, ölkədə karantin rejimi tətbiq edilməmişdi:
"Layihənin məqsədi gənclərin təfəkküründə azərbaycançılıq ideyasının daha da möhkəmlənməsinə səy göstərmək, hərbi vətənpərvərlik ənənəsinin genişlənməsinə dəstək verməkdir. Dünyada gözlənilmədən yayılan infeksiya onunla mübarizənin vacibliyini önə çıxardı. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqədə qalib olan layihələrin məhz pandemiyaya qarşı mübarizə mövzuları istiqamətində həyata keçiriliməsi barədə çevik qərar qəbul etdi. Bütövlükdə vətəndaş cəmiyyəti institutu dövlətin qərarlarını rəhbər tutaraq prosesin lokomotivlərindən biri kimi önə çıxdı. Karantin rejimində hökumətin verdiyi qərarların icrasının monitorinqi, əhali arasında maarifləndirmə işlərinin aparılması, vətəndaşlara mənəvi dəstək göstərilməsi, aztəminatlı ailələrə yardımların verilməsi Şura tərəfindən yüksək səviyyədə təşkil olundu".
C.Musaoğlu qeyd edib ki, Şura rəhbərliyinin təşkilatçılığı və əksər QHT-lərin iştirakı ilə mütəmadi videokonfranslar keçirilir, fəaliyyətin səmərəliliyini artırmaq və təsirini gücləndirmək məqəsədilə tövsiyə və tapşırıqların verilir.
Şura sədri Azay Quliyevin sonuncu videokonfransda irəli sürdüyü təkliflərin QHT-lər tərəfindən yekdillikıə qəbul olunduğunu diqqətə çatdıran layihə rəhbəri fəaliyyətlərini bu istiqamətdə quracaqlarını vurğulayıb:
"Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir - bu yanaşmanın pandemiya dövrü üçün əsas mahiyyəti ondan ibarətdir ki, bir-birimizə yüksək hörmət göstrməklə, qərarlara birmənalı əməl etməklə, özümüzü vurusdan qoruyaraq başqalarının da xilasına nail olmaqla dövlətimizi, ölkəmizi bəladan qurtara bilərik. Layihə çərçivəsində hazırlanacq verlişlərdə bu gerçəkliyi açmağa çalışacağıq".
Şərhlər