Jurnalistlər koronavirusa yoluxan prezidenti məhkəməyə verdilər

Jurnalistlər koronavirusa yoluxan prezidenti məhkəməyə verdilər

Braziliyanın Jurnalistlər Birliyi koronavirus testinin nəticəsi müsbət çıxan ölkə lideri Jair Bolsonaronu brifinqdə maskasını çıxardığı üçün məhkəməyə verib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Baziliya prezidenti yaxşı olduğunu göstərmək üçün brifinqdə bir iki addım geri çəkilərək, maskasını çıxarıb. Lakin jurnalistlər prezidenti sosial məsafə qaydalarına riayət etməyərək, onların həyatını təhlükəyə atmaqda günahlandırıblar.

"Ölkə məsuliyyətsizlik həddini aşan və ictimaiyyətin sağlamlığını təhlükəyə atan bu davranış qarşısında səssiz qala bilməz", - deyə birliyin sədri Paulo Jeronimo de Sauza bildirib.

Mətbuat konfransında CNN Rasil, TV Record və TV Brasil kanallarının əməkdaşları olub. CNN Brasilin müxbiri koronavirus testi verdiyini və nəticələr çıxana qədər evdən çalışacağını bildirib.

Konqresdən də prezidentə sərt tənqidlər gəlib. Konqres üzvü Marselo Freixo Bolsonaronun maskasını çıxararaq, Cinayət Qanunvericiliyinin 131 və 132-ci maddələrini pozduğu üçün prokurorluğa müraciət etdiyini deyib.

Qeyd edək ki, daha əvvəl Ali Məhkəmə Bolsonaroya maska taxma məcburiyyəti qoymuşdu.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR