Dünya 18:48 03.12.2021

Kadırov boz qurdla gəzintiyə çıxdı, ikimənalı sözlər dedi (VİDEO)

Çeçenistanın rəhbəri Ramzan Kadırov İnstaqramda canavarla gəzintisindən video paylaşıb.

Qaynarinfo xəbər verir ki, videonun başlığında "Ramzan Kadırov yırtıcı canavarla oynayır” sözləri yazılıb. 

Çeçen lideri canavarın əhliləşdirilməsinin mümkün olmamasıyla bağlı fikirlərini bölüşüb və deyib ki, kim ki, bunun mümkün olduğunu düşünür, demək, yanılır. Buna baxmayaraq, canavarla dostluq etmək mümkündür:

"Çünki bu boz döyüşçü heç vaxt ləyaqətinin tapdalanmasına imkan verməyəcək, lakin o, isti və sədaqətli ürəyini onu səmimi qəlbdən sevənlərə məmnuniyyətlə verəcək", - Kadırov deyib. O əlavə edib ki, canavarın şiddətində düşmənə nifrət, həyat eşqində isə "yaxşılıqla” gələn dosta sədaqət ifadə olunur. Kadırovun canavarla bağlı fikirlərinin alt qatında Qafqazı nəzərdə tutub-tutmaması ilə birmənalı şəkildə nəsə demək mümkün deyil, amma analogiyalar da özünü göstərməmiş deyil.
 
Heyvanın özü, ipdə, inadkar davranır, hətta Çeçenistan liderini dişləməyə çalışır. Abunəçilər video ilə bağlı fərqli fikirlər səsləndiriblər. "Ramzan canavarla oynadığına görə, o, artıq yırtıcı deyil”, "Qorxmuş canavar üzücü mənzərədir”, "Mən də tox canavardan qorxmuram, xüsusən də o, əhliləşdirilibsə”, "Təlim görmüş canavar necə də gülməlidir”, - onları yazıblar.
 
Alpər