Türkiyənin əfsanəvi aktyoru Kamal Sunalın oğlu aktyor Əli Sunal azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə evlənib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbulda evlənən cütlüyün nikahı "Swissotel"də baş tutub. Bir müddətdir nişanlı olan Əli və Nazlı "ÇABA" dərnəyinin layihələrində tanış olmuşdu.
Sunal və Qurbanzadə dəyəri 5 milyon türk lirəsi olan evdə yaşayacaqlar. Onların bal ayı üçün Dubaya gedəcəyi gözlənilir.
Qeyd edək ki, Nazlı Qurbanzadə biznesmen Bülənt Qurbanzadənin qızıdır.
Gülşən
Şərhlər