Dünya 15:00 24.09.2020

“Kamaz” boyda asteroid Yer kürəsinə yaxınlaşır

6 gün əvvəl, 24 sentyabr 2020-ci ildə kəşf edilən 2020 SW asteroidi Yer kürəsindən 22 min kilometr aralı keçəcək. 

Qaynarinfo xəbər verir ki, kosmik standartlara görə, bu kiçik bir məsafə olsa da, elm adamları asteroidin planetlə toqquşa bilməyəcəyinə inanırlar - çünki Yerin atmosferinə düşəcəyi halda yanacaq.

2020 SW diametri 5 ilə 10 metr arasında dəyişir ki, bu da ən uzun yük maşınlarının uzunluğu ilə müqayisə edilə bilər. 2041-ci ilin sentyabrında asteroid yenidən Yer kürəsinə yaxınlaşacağı vaxt yaxınlaşma nöqtəsindəki məsafə daha böyük olacaq - təxminən 3,7 milyon kilometr.
 
Alpər