Dünya 17:30 27.09.2021

Kamçatkada qəzaya uğrayan helikopterin ekipaj üzvülərinin qalıqları tapıldı

Qəzaya uğrayan Ka-27 helikopterinin 5 ekipaj üzvünün qalıqları tapılıb.

Qaynarinfo "İnterfaks”a istinadən xəbər verir ki, Kamçatkada Ka-27 helikopterinin qəzaya uğraması nəticəsində ölən bütün ekipaj üzvlərinin qalıqları aşkarlanıb. Bildirilir ki, qəza zamanı təyyarədə olan 5 nəfərin hamısı ölüb.

Qeyd edək ki, Ka-27 helikopteri sentyabrın 23-də 2151 saylı hərbi hissənin döyüş hazırlığı planına uyğun olaraq həyata keçirilən uçuş zamanı qəzaya uğrayıb. Helikopterin qalıqları sentyabrın 24-də bölgənin Elizovski bölgəsindəki Ostraya dağında tapılıb. Uçuş qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.

Xəyal Abdullayev