Dünya 09:39 29.03.2020

Kanada Baş Nazirinin xanımı koronavirusdan sağaldı

Kanadanın Baş Naziri Castin Tryudonun həyat yoldaşı Sofi Qrequar Tryudo koronavirusdan sağalıb.

Qaynarinfo-nun xəbərinə görə, bu barədə xanım Tryudo öz Facebook hesabında məlumat verib.

"Xəbəri sizinlə bölüşmək istədim: özümü daha yaxşı hiss edirəm və həkimimdən və Ottava Səhiyyə İdarəsindən müsbət tibbi müayinə nəticəsi aldım”, - deyə o, bildirib.

Xatırladaq ki, Sofi Qrequar Tryudo iki həftə öncə koronavirusa görə test vermiş, cavab pozitiv çıxmışdı. Bununla əlaqədar olaraq Baş Nazir işlərini evdən idarə etməyə başlamışdı.