Video 10:46 10.03.2019

Kanadada iki qatar toqquşdu: 10-dan çox avtomobil yoldan çıxdı (VİDEO)

Kanadanın Kalqari şəhərinin yaxınlığında iki yük qatarı toqquşub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən baş verib. Qəza nəticəsində 10-dan çox avtomobil yoldan çıxıb.

CP Rail şirkəti rəsmisinin sözlərinə görə, qatarlar insan səhvi səbəbindən toqquşublar, hadisə nəticəsində xəsarət alan olmayıb.

Kalqari fövqəladə hallar idarəsindən qatarlarda yanacaq sızıntısının və təhlükəli maddələrin olmadığı bildirilib.