Ölkə 13:52 10.04.2020

“Karantin günlərində uşaqlar diqqətdən kənarda qalıb” - I Vitse-prezidentdən xahiş

"Azyaşlı uşaqları olan ailələrdə uşaqların mənafeyi diqqətdən kənarda qalıb".

Qaynarinfo xəbər verir ki, bunu "Təmiz dünya" ictimai birliyinin sədri Mehriban Zeynalova deyib. O, Baş Nazir Əli Əsədovdan uşaqların sosial müdafiəsi baxımından onlara pul yardımının ayrılmasını xahiş edib: 

"Bir məsələni diqqətdə saxlamağı xahiş edirəm. Haızrkı durumda, əhalinin sosial vəziyyətinin stabilləşməsi üzrə aparılan tədbirlərdə nədənsə uşaqların (15 yaşa qədər) sosial təminat məsələsini qabardan yoxudr. Halbuki azyaşlı uşaqları olan ailələrdə uşaqların mənafeyi diqqətdən kənarda qalıb. Nəzərə alsaq ki, hazırkı vəziyyətlə bağlı uşaqların aliment almaq hüquqlarının tətbiqində ciddi böhran yaranıb. Eləcə də bir çox valideynlər işləmir. Bu baxımdan xahiş edirəm ki, Nazirlər Kabineti yanında operativ qərargah Baş Nazir qarşısında uşaqların sosial müdafiəsi baxımından onlar üçün pul yardımının alınması üzrə normativləri müəyyən etmək məsələsini qaldırsın".

Mehriban Zeynalova bununla bağlı Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyinə ehtiyac olduğunu deyib:

"Vitse-prezident Mehriban xanımın uşaqlara həssas münasibətini nəzərə alaraq bu məsələnin həllində onun dəstəyinə müraciəti vacib hesab edirəm". 

Bahar Rüstəmli