28 yaşlı Şəhriyar Manafov səhər saatlarında "Bakı kart"ına pul yükləmək istəyib.
Aparat pulu qəbul edib, hətta ödənişin uğurla həyata keçirildiyinə dair qəbz də verib. O, metrodan istifadə edərkən balansının sıfır olduğunu görüb. Karta yenidən pul yükləmək istədikdə isə yenə də eyni problemlə qarşılaşıb. Şəhriyar Manafovun bütün cəhdləri beləliklə boşa çıxıb.
Kartın zədə alması ehtimalını nəzərə alan Şəhriyar Manafov, bu dəfə "Bakı kart"ın "qaynar xətt"inə zəng edib. Kart seriya nömrəsi ilə yoxlanıldıqdan sonra ona heç bir problemin olmadığı deyilib.
Şəhriyar Manafovla getdik sözügedən ödəmə terminalının yanına. İki dəfə cəhd etməyimizə rəğmən, karta pul yükləyə bilmədik. Kartın balansı "0" olduğu halda monitorda heç bir problemin olmadığı yazıldı, hətta terminal qəbz də vedi.
Başqa kartın balansına pul yüklədikdə isə terminalın normal qaydada fəaliyyət göstərdiyini gördük.
Məsələ ilə bağlı "Milli Ön" ödəmə Mərkəzi ilə əlaqə saxladıq. Verilən məlumata görə, Şəhriyar Manafov pul yüklədikdən sonra kartı terminaldan əməliyyat bitmədən götürüb. Bu səbəbdən kartı bloka düşüb. O, kartını bərpa etmək üçün "Bakı kart"ın terminalında balansına pul yükləməlidir. Daha sonra kartı "Milli Ön" terminalınma daxil etməli və "kartın bərpası" bölməsini seçməldir. Bundan sonra itirilən məbləğ onun balansına əlavə olunacaqdır.
Qaynarinfo.Az
Mənbə: "Xəzər TV"
Şərhlər