Kataloniya lideri Belçikada həbs olundu

Kataloniya lideri Belçikada həbs olundu

Kataloniya Muxtar Vilayətinin sabiq lideri Karles Puçdemon saxlanılıb. "Qaynarinfo" xəbər verir ki, bu barədə az öncə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Karles Puçdemon Belçika polisinə təslim olub. Belçika Federal Prokurorluğundan verilən açıqlamada bildirilir ki, dünən İspaniya hökuməti Karles Puçdemonla yanaşı, Kataloniya hökumətində təmsil olunmuş nazirlər - Mariya Aleu Serret, Antoni Oliveres Komin, Lluis Qordi Puiq və Klara Obiolsun Avropa miqyasında saxlanılması ilə bağlı tələbi onlara çatdırılıb. 

Açıqlamada bildirilir ki, artıq Karles Puçdemon və 4 nazir polisə təslim olub. Onlarla bağlı qərarı məhkəmə verəcək.

Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR