VI çağırış Milli Məclisin komitə sədrlərinə xidməti avtomobillərlə təmin edilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, V çağırış Milli Məclisin komitə sədrlərinin bir neçəsinin avtomobili yeni seçilən komitə sədrlərinə verilib.
Məlumatı V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri, hazırkı deputat İsa Həbibbəyli "Report”a təsdiqləyib.
O bildirib ki, bir qayda olaraq keçmiş komitə sədrləri xidməti avtomobillərini hazırkı komitə sədrlərinə təhvil verirlər: "Mən də öz xidməti avtomobilimi indiki komitə sədri Bəxtiyar Əliyevə təhvil verdim”.
Milli Məclisin komitə sədrləri aşağıdakılardır:
1.Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri – Əli Hüseynli;
2. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri – Fəzail İbrahimli;
3. Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri - Аdil Əliyev;
4. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
5. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;
6. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;
7. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;
8. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;
9. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
10. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;
11. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;
12. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;
13. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;
14. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;
15. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyib. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.
Şərhlər