Keçmiş məşqçisi Ronaldunun uğurlarının sirrini açıqladı

Keçmiş məşqçisi Ronaldunun uğurlarının sirrini açıqladı

Kriştianu Ronaldunun keçmiş məşqçisi Den Qaspar portuqaliyalı ulduzun uğurlarının sirrini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, mütəxəssis "Mentor Indian Express"ə verdiyi müsahibədə Ronaldunun hər an hər şeydə ən yaxşı olmağa çalışdığını bildirib. 
Məşqçi Kriştianunun 36 yaşında olsa da, əla idman formasında olduğunu xatırladıb: "O, mümkün qədər meydanda çox vaxt keçirməyə, məşq edərək öz ustalığını artırmağa çalışır”.

Ronaldu özünü yüksək ixtisaslı mütəxəssislərlə əhatə edib. Fərdi qidalanma mütəxəssisi, əla həkimləri və fərdi məşqçisi var. Ancaq həm Kriştianu, həm də bütün komanda ani uğurlara deyil, ilk növbədə uzun, ağır işə kökləniblər.

Qaspar Ronaldunun eqoist bir insan kimi qəbul edilməsinin ədalətli olmadığını da sözlərinə əlavə ediv: "Kriştianu çox səxavətli insandır. Sadəcə, hərəkətlərini reklam etmir".

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR