Foto 13:53 26.01.2018

Kəmaləddin Heydərov sürüşmə zonasında (FOTO)

Yanvarın 26-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

Qaynarinfo nazirliyin saytına istinadən xəbər verir ki, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.