Bölgələrdə kənd yumurtası bahalaşıb. Yumurta alıcılara 25-30 qəpiyə təklif edilir. Satıcılar yumurtanın bahalaşmasını quş yemlərinin qiymətinin artması ilə əlaqələndirirlər.
"Qayanrinfo" Xəzərxəbər-ə istinadən məlumat verir ki, kənd yumurtasının qiyməti artıb. Bölgələrdə bir müddət əvvəl 15 qəpiyə qədər ucuzlaşan kənd yumurtası bu günlərdə 2 dəfəyədək bahalaşıb. Hazırda yumurta alıcılara 25-30 qəpiyə təklif edilir. Ötən il bu vaxtlarda kənd yumurtası 20 qəpiyə satılıb.
Qiymətin artması alıcılıq qabiliyyətinə də təsir edib.
Fabrik yumurtasında isə qiymət artımı müşahidə edilmir. Hazırda bu yumurta 12 qəpiyə satılır.
Kənd yumurtası bahalaşdı
Qaynarinfo.Az
Şərhlər