Foto 19:07 02.08.2019

Kennedinin 22 yaşlı nəvəsi yüksək dozadan öldü (FOTOLAR)

Sui-qəsd nəticəsində ölən sabiq ABŞ senatoru və Baş prokuroru Robert Kennedinin 22 yaşlı nəvəsi Saoirse Kennedi Hill yüksək dozada narkotikdən həyatını itirib. 

Qaynarinfo xəbər verir ki, 1968-ci ildə böyük qardaşı, ABŞı-ın keçmiş prezidenti Con Kennedi kimi sui-qəsdlə öldürülən Robert Kennedinin nəvəsi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Massaçusest dövlət xəstəxanası gənc qızın ölümü ilə bağlı açıqlama verməkdən imtina qaçırıb. 

"New York Times" qəzeti gənc qızın depresseyada olması ilə bağlı məlumat yayıb.
 
 
Qeyd edək ki, Con Kennedi 1961-1963-cü illərdə ABŞ prezidenti olub. O, 22 noyabr 1963-cü ildə 46 yaşında Texas ştatının Dallas şəhərində sui-qəsdlə öldürülüb. Robert Kennedi isə 6 iyun 1968-ci ildə - 42 yaşında Los Ancelesdə qətlə yetirilib.
 
Nərmin Həsənli