Foto 16:14 13.04.2019

Keşişin həyat yoldaşı gözəllik yarışına qatıldı, şəhər qarışdı (FOTOLAR)

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayan keşiş Sergius Zotovun həyat yoldaşı Oksana Zotov gözəllik yarışında iştirak edib.

Qaynarinfo xəbər verir ki, bu fakt mühafizəkar qrup arasında birmənalı qarşılanmayıb və keşişin cəzalandırılması tələb edilib. Zotov məsələ ilə açıqlama verib:

"Oksana ilə 15 ildir evliyəm və 2 övladımız var, ondan ayrılmaq fikrim yoxdur. Gözəllik yarışı üçün müraciət edəndən sonra bu fikirdən daşındı, lakin təşkilatçılar onun iştirakı üçün təkid etdilər. Həyat yoldaşımın tətilə getdiyi deyilir, lakin yanımdadır. Tətil planımız var və birlikdə Rusiya daxilində və ya Türkiyə, Misirə getməyi planlaşdırırıq".

Oksana Zotov 31 martda yarışda iştirak edib və final mərhələsinə yüksəlib. Hadisədən sonra Rusiyada kilsə üzvləri keşişin şəxsi həyatına diqqət etməli olduğunu bildirib və ona intizam cəzasının verilməsini tələb edib.

Gülşən