Kəşmirə əlavə 125 min hərbçi göndərildi

Kəşmirə əlavə 125 min hərbçi göndərildi

Hindistan Cammu və Kəşmirə 125 minlik əlavə hərbi qüvvə göndərib.

Qaynarinfo xəbər verir ki, ərazidə hal-hazırda 500 min təhlükəsizlik əməkdaşı var. 

Əyalətin paytaxtı Srinaqarda 200 məktəb açılsa da, siniflər boş qalıb. Ailələr ərazidə telefon, internet qadağası bitənə qədər övladlarını məktəbə göndərməkdən imtina etmək niyyətindədir.

Qeyd edək ki, Hindistan 5 avqustda Cammu və Kəşmirin muxtariyyət statusunu tanıyan 370-ci maddəni ləğv edib. 

Kəşmir Hindistan və Pakistan arasında mübahisəli ərazidə olduğu üçün qərardan sonra bölgədə gərgin vəziyyət yaranıb. 

Gülşən
XƏBƏRLƏR
BLOGLAR