Şimali Koreya lideri Kim Çen İnin 30 yaşlı bacısı Kim Yo Çen hakimiyyətdə söz sahibi olacaq.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kim Çen İnin bacısının Kommunist Partiyasında vəzifəsinin artırıldığı və diktatorun bibisini əvəzləyəcəyi açıqlanıb. Kim Yo Çen 3 il əvvəl partiyanın idarə heyətinə qoşulub və son dövrlərdə mediada qardaşının yanında yer alır.
Kim Yo Çen ABŞ-ın qara siyahısında yer alan şəxslərdən biridir.
Kim ailəsi 1948-ci ildən bəri Şimali Koreyanı idarə edir. Ailə və ABŞ bu günə qədər nüvə müharibəsinə yaxın olub. Xüsusilə ABŞ prezidenti Donald Tramp hakimiyyətə gələndən bəri iki ölkə arasındakı münasibətlər daha da kəskinləşib. BMT Təhlükəsizlik Şurası Şimali Koreya əleyhinə bu il bir neçə qərar qəbul edib və iqtisadi, diplomatik sanksiyalar tətbiq edilib.
Gülşən
Qaynarinfo.Az
Şərhlər