Foto 13:35 08.07.2020

Kim Çen İn uzun müddətdən sonra görüntüləndi (FOTO/VİDEO)

Şimali Koreya lideri Kim Çen İn babası, Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin ölümünün 26-cı ildönümü münasibətilə onun və atasının cənazələrinin saxlanıldığı Günəş Sarayını ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi xəbər agentliyi məlumat yayıb. Agentlik ölkə liderinin ziyarəti zamanı çəkilən şəkilləri yayımlayıb.
 
Qeyd edək ki, Kim Çen İn babasının doğum günü münasibətilə keçirilən mərasimdə isə iştirak etməmiş və qərb mətbuatı Şimali Koreya liderinin ürəyindən əməliyyat olduğunu, bəziləri isə öldüyünü yazmışdılar.

Camal