Dünya 10:21 11.06.2019

Kim Çen Inın qardaşı CIA üçün işləyib

Şimali Koreya lideri Kim Çen Inın sui-qəsdlə öldürülmüş ögey qardaşı Kim Çen Nam ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) üçün işləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" iddia ilə çıxış edib.
 
Məlumata görə, Kim Çen Nam CIA məlumatçısı olub. O, 2017-ci ilin fevralında agentliyin üzvləri ilə görüşmək üçün Malayziyaya gəlib, lakin hava limanında 2 qadın tərəfindən qadağan olunmuş "VX" maddəsi ilə qətlə yetirilib. ABŞ və Cənubi Koreya hadisədə Şimali Koreya rəhbərliyini ittiham etmiş və sui-qəsdin Kim Çen In tərəfindən təşkil edildiyini iddia etmişdi. 

Qeyd edək ki, sui-qəsd iştirakçısı olan hər iki qadın bu il azadlığa buraxılıb.

Gülşən