Xəbər lenti

Dünya 23:03 05.08.2017

Kislyak Trampın milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiyanın Vaşinqtondakı sabiq səfiri Sergey Kislyak Ağ Evin sabiq milli təhlükəsizlik müşaviri Maykl Flin ilə görüşüb.

"Qaynarinfo" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, sabiq səfir görüşdə ABŞ - Rusiya əməkdaşlığının müzakirə olunduğunu bildirib. 

Qeyd edək ki, iyul ayında Vaşinqtondakı müddətini tamamlamış Kislyak Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı istintaqında əsas fiqurlardan biridir.

Flin fevral ayında Kislyak ilə görüşü gizlətdiyi və vitse-prezident Mayk Pensə yanlış məlumat verdiyi aşkar ediləndən sonra tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu.

“Biz yalnız çox sadə şeylər haqqında danışdıq. Müzakirəmiz tam dürüst, sakit və şəffar olub. Hər bir halda, bizim tərəf üçün bu görüş gizli deyildi.” Bu sözləri Kislyak Rusiya televiziyasında müzakirə zamanı bildirib.

“Rusiya və ABŞ arasında əməkdaşlıq ediləcək çoxlu əhəmiyyətli məsələlər var. Ən əhəmiyyətlisi terrorizmlə mübarizədir və bu bizim müzakirə etdiyimiz mövzulardan biri idi.”

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->