Kobe Brayantın öldüyü qəzanın təfərrüatları açıqlandı

Kobe Brayantın öldüyü qəzanın təfərrüatları açıqlandı

Amerikanın basketbol əfsanəsi Kobe Brayant və 13 yaşlı qızı Qianna ilə birlikdə 7 nəfərin öldüyü helikopter qəzasından əvvəl pilotun bulud təbəqəsinə girməmək üçün yüksəkliyi artırdığı məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Polisi İdarəsinin rəsmisi Cennifer Homendi açıqlama verib. O, pilotun bunu etməsindən sonra onunla əlaqənin itdiyini deyib. Radar məlumatlarına görə helikopter 701 metr yüksəklikdə olub və daha sonra sola doğru alçalmağa başlayıb. Qurum rəsmisi qəzaya səbəb ola biləcək hava şəraiti ilə yanaşı digər ehtimalları da araşdırdıqlarını söyləyib.

"İnsan xətası, texniki nasazlıq və ətraf mühit kimi ehtimallara baxırıq. Hava şəraiti hadisənin kiçik bir hissəsidir", - deyə o, bildirib.

Homendi pilotun meteoroloji şərtləti nəzərə alaraq, alçaqdan görərək uçuş etmək üçün icazə də istədiyini deyib.

Qəzadan sağ qurtulmaq ehtimalının olub olmadığı sualına isə qurum rəsmisi hadisə yerinin olduqca bərbad vəziyyətdə olduğunu deyib. Homendi vertolyotun parçalarının 200 kv. metrlik bir əraziyə yayıldığını, quyruğu və motorunun gövdədən ayrıldığını sözlərinə əlavə edib.

Araşdırmanı aparanların qəza ilə bağlı hər hansısa bir detal tapmaq üçün 5 gün boyunca axtarış aparacaqlarını deyən qurum rəsmisi qəzanın səbəbini müəyyənləşdirməyin bir neçə ay vat apara biləcəyini ifadə edib. O, həmçinin vertolyotda qara qutu və səsyazma cihazının da olmadığını, çünki bunun üçün məcburiyyət olmadığını açıqlayıb.

ABŞ Milli Nəqliyyat Polisi İdarəsi əhaliyə həmin günə dair hava çəkilişləri varsa, göndərmələri barədə çağırış edib. Los Anceles Prokurorluğunun yazılı açıqlamasına görə, helikopterin dağıntıları arasından 3 nəfərin cəsədi çıxarılıb və araşdırılması üçün tibbi ekspertiza qurumuna göndərilib.

Qeyd edilir ki, Los Ancelesdə nəqliyyat sıx olduğundan məşhurlar tıxaclardan qaçmaq üçün helikopter icarəyə götürürlər. Pilot və uçuş təlimçisi Filipp Lesourd bunun kimi bir helikopterin (Sikorski S-76) 1 saatının 4 min dollar olduğunu və pilotun da ildə ən az 100 min dollar qazandığını deyib. Brayantın 2006-cı ildən helikopterdən istifadə etdiyi məlumdur. 

Frans Press Agentliyinin yazdığına görə, Brayant hər səhər kızlarını avtomobili ilə məktəbə apardıqdan sonra məşq üçün 65 kilometr uzaqlıqdakı LA Lakers stadionuna gedir və ordan da yenidən qızlarını götürmək üçün məktəbə qayıdırdı. Helikopter bu məsafəni 15 dəqiqəyə qət edir ki, həmin yolu avtomobillə 1 saatdan çox vaxta getmək olur.

Əfsanəvi basketbolçunun sərvətinin 600 milyon dollar olduğu ehtimal edilir.
 
Camal
XƏBƏRLƏR
BLOGLAR