Video 10:42 08.04.2020

"Kobra" Pərviz "Survivor"dan kənarlaşdırıldı (VİDEO)

Azərbaycanlı kikboksçu Pərviz Abdullayev "Survivor”dan kənarlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin T8 kanalında yayımlanan realiti şouda "Ünlülər" komandasının heyətində çıxış edən Pərviz Abdullayevin macərası başa çatıb. 

Belə ki, SMS sayı ilə ilk ikiliyə daxil olan iştirakçılar 3 namizəd adı çəkiblər. Bu namizədlər arasında isə ən az səs yığan azərbaycanlı idmançı yarışı tərk etməli olub.

Qeyd edək ki, Pərviz Abdullayev fevralın 16-dan başlayan yarışda "Məşhurlar” komandasında çıxış edirdi.