Dünya 18:35 12.04.2019

Komediyaçı səhnədə vəfat etdi

Britaniyalı komediyaçı İan Koqnita səhnədə vəfat edib.

Qaynarinfo Daily Mail-ə istinadən xəbər verir ki, Bister qəsəbəsində yerləşən klubda çıxış edən Koqnita iflic keçirmək barədə zarafat edəndən 10 dəqiqə sonra ölüb. Tamaşaçılar komediyaçının hərəkətsiz oturub qalmasını şounun bir hissəsi hesab edərək gülməyə davam ediblər. Lakin vəziyyətin ciddi olduğu başa düşüləndən sonra təcili tibbi yardım çağırılıb və 60 yaşlı Koqnitanın həyatını itirdiyi müəyyənləşib.

Qeyd edək ki, İan Koqnita 1980-ci illərdə fəaliyyətə başlayıb. O, 1999-cu ildə "stand-up"larına görə "Time Out" mükafatına layiq görülüb.

Gülşən