Ölkə 20:31 08.10.2019

Koreyanın sipkeri Azərbaycana gəlir

Koreya Respublikası parlamentinin sədri Mun Hi-san Azərbaycana səfər edəcək.

Qaynarinfo  "Report"a istinadən  xəbər verir ki, bunu Koreyanın Azərbaycandakı səfiri Kim Ton Op ölkəsinin Müstəqillik günü ilə bağlı Bakıda keçirilən rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, səfər gələn həftəyə nəzərdə tutulub. Mun Hi-Sanın səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılır.