"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində vətəndaşlara tibbi maska paylanılıb (VİDEOREPORTAJ)
Bakı Nəqliyyat Agentliyinin (BNA) və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair tədbirlər həyata keçirilib.
Qaynarinfo "report"a istinadən xəbər verir ki, tədbirlər çərçivəsində "Nəqliyyat Könüllüləri" vətəndaşlara təlimat broşürləri və tibbi maskalar paylayıb.
Qaydalara əməl etməyən bəzi vətəndaşlara xəbərdarlıq olunub, bəzilərinə isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə sanksiyaları tətbiq edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər