Sağlamlıq 21:00 29.06.2020

Koronavirus daha sürətlə yayılır

Bir sıra dövlətlərdə irəliləyişə baxmayaraq, Covid-19 pandemiyasının qlobal səviyyədə yayılması sürətlənib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Bəzi ölkələr iqtisadiyyatı açarkən, sosial həyata qayıdarkən yoluxma hallarının artması ilə üzləşiblər. İnsanların əksəriyyəti virusa qarşı hələ də həssasdır. Virus üçün xeyli meydan qalır. Məsələnin hələ də sona çatmaması ağır gerçəklikdir. Ayrı-ayrı ölkələrdə irəliləyiş əldə edilsə də, dünya miqyasında pandemiya daha sürətlə yayılır", - təşkilat rəhbəri vurğulayıb.